"Fənərbağça" keçmiş baş məşqçisi ilə danışıqlara başlayıb

A- A A+

Türkiyənin "Fənərbağça" klubu Almaniya milli komandasının sabiq baş məşqçisi Yoahim Löv ilə danışıqlara başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə italiyalı jurnalist Nikolo Skira açıqlama verib. O, 61 yaşlı mütəxəssisə 2024-cü ilədək müqavilə təklif olunduğunu yazıb. Hələlik qarşı tərəf təklifə cavab verməyib.

Qeyd edək ki, Yoahim Löv 1998- 1999-cu illərdə də "Fənərbağça"nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisini 2014-cü ildə dünya çempionu edib. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: