Muxtar respublikada gənclər üçün növbəti proqlamlaşdırma təlimi təşkil edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə “Workshop” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlim onlayn qeydiyyatdan keçən gənclərin iştirakı ilə Gənclər Mərkəzində reallaşıb.
Proqramçı İsmayıl Şirzadov gənclərə bir proqramın ən sadə formada, uzun zaman itirilmədən hazırlanması, proqramlaşmanın əsas məntiqi, onun əsas strukturu, iş prinsipi ilə bağlı məlumatları diqqətə çatdırıb. Nümunə üçün gənclərin istəyinə uyğun olaraq intellektual oyun proqramının yığılması prosesi nümayiş etdirilib.
Diskussiya şəraitində keçən təlimdə gəncləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsələlərin izahı üçün monitor vasitəsilə vizual təhlillər aparılıb.