Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Estoniya"nın "Payde" klubunda çıxış edən Henri Anier qərarlaşıb.
31 yaşlı hücumçu "Flora-2"ni 14:0 hesabı ilə yendikləri ölkə kuboku matçında rəqib qapısından 8 top keçirib.
İkinci sırada Macarıstanın "Ferentsvaroş" klubundan Mirto Uzuni yer alıb. 26 yaşlı albaniyalı vinger kubokda "Hatvan"a 9:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 6 qol vurub.
Siyahıdakı 5 futbolçu isə bir görüşdə 6 qol vurub və növbəti sıralarda yer alıb.