Fiqurlu konkisürmə üzrə Avropa çempionatında ölkəmizi 4 idmançı təmsil edəcək

A- A A+

Yanvarın 10-16-da Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyində ölkəmizi 4 idmançı təmsil edəcək. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlüyümüz ilk dəfə qitə birinciliyində çıxış edəcək.

Qeyd edək ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi “Pekin-2022” Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: