“Fənərbağça” Ferdi Kadıoğlu ilə müqaviləni 5 illik uzadacaq

A- A A+

“Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlu seçimini edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, gənc yarımmüdafiəçi klubunun yeni müqavilə təklifini qəbul edib.

23 yaşlı hücumameyilli oyunçu “sarı-lacivərdlilər”lə mövsümün sonuna qədər olan sözləşməsini daha 5 illik uzadacaq. Ferdinin maaşı da ikiqat artırılacaq. O, gələn mövsümdən ilinə 1 illik məvacib qazanacaq.

Kadıoğlu, eyni zamanda milli komanda seçimini də edib. Niderland və Kanadadan gələn təklifə baxmayaraq, futbolçu Türkiyə yığmasında oynamağı üstün tutub. Bu isə o deməkdir ki, Ferdi növbəti mövsümdən “Fənərbağça”da yerli statusda çıxış edəcək.

Qeyd edək ki, gənc oyunçu bu mövsüm 22 oyunda 2 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: