DÇ-2022: Messi seçmə mərhələ oyunlarını buraxa bilər

A- A A+

Argentina millisinin ulduz futbolçusu Lionel Messi 2022-ci il dünya çempionatının iki seçmə oyununu buraxa bilər.

NUHÇIXAN İnformasiya Agentliyi "Tyc Sports"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Lionel Skaloni yanvarın 2-də koronavirusa yoluxmuş 35 yaşlı hücumçuya Çili və Kolumbiya ilə görüşdə meydana çıxmamağı məsləhət görüb.

Messi hələlik mütəxəssisin bu tövsiyəsinə cavab verməyib.

Qeyd edək ki, yanvarın 28-də Çilinin qonağı olacaq Argentina millisi fevralın 2-də Kolumbiyanı qəbul edəcək. Lionel Messinin komandası DÇ-2022-yə vəsiqəni vaxtından əvvəl təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: