“Araz”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib

A- A A+

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz” futzal klubunun oyunlarının vaxtı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu mübarizəyə “Vytis”lə (Litva) qarşılaşma ilə start verəcək. Oyun oktyabrın 3-də keçiriləcək. Təmsilçimiz ertəsi gün Maltanın “Valletta” klubu ilə gücünü sınayacaq. Qrupun sonuncu oyunu oktyabrın 6-da keçiriləcək. “Araz” Slovakiyanın “Luçenec” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: