Cüdoçularımız Portuqaliyada Qran-Pri turnirində iştirak edəcəklər

A- A A+

Yanvarın 28-dən 30-dək Portuqaliyanın Odivelas şəhərində Qran-Pri turniri keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan komandasının 14 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri (+100 kq) iştirak edəcəklər. Qadınların yarışında isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) mübarizə aparacaqlar.

Turnirdə 39 ölkədən 300-ə yaxın idmançı iştirakını təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: