“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib

A- A A+

Sentyabrın 4-də futbol üzrə UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə iki mərhələnin cütləri bəlli olub. Yarışa bu yolla qatılan komandalar arasında “Qəbələ” də yer alıb.

NUHÇIXAN xəbər verir ki, ötən mövsüm Gənclər Liqasının qalibi olan “Qəbələ” turnirdə Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək. İlk oyun oktyabrın 3-də, cavab matçı 24-də baş tutacaq. Azərbaycanı ikinci dəfə bu turnirdə təmsil edəcək “Qəbələ” ilk görüşü evdə keçirəcək.

Bu cütün qalibinin ikinci raunddakı rəqibi “Herta” (Almaniya)–“Lex” (Polşa) duelində müəyyənləşəcək. Bu cütlərdə qalib gələn komandalar arasında matçlar noyabrın 7-də və 28-də keçiriləcək. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk səddi adlasa, II mərhələyə evdə start verəcək.

Xatırladaq ki, bu iki mərhələni adlayan 8 komanda play-offa vəsiqə qazanacaq. Onlar play-offda Çempionlar Liqasında qrup ikincisi olan komandalarla 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: