Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.
Funksioner ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib.
Qeyd edək ki, "Qalatasaray" Fatih Terimlə yollarını ayırıb.