Ramil Quliyev Avropada avqust ayının atleti seçilə bilər

A- A A+

Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin adı Avropa Atletika Assosiasiyasının internet vasitəsilə səsverməyə çıxardığı “Avropada avqust ayının atleti” sorğusunda namizədlər siyahısına daxil edilib.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Atletika Federasiyası məlumat yayıb.

Ramil Quliyev avqustun 7-12-də Berlində keçirilən Avropa birinciliyinin kişilər arasında 200 metr məsafəyə qaçış yarışında 19,76 saniyəlik nəticə ilə çempionatın rekordunu yeniləyərək qızıl medala sahib olub. Bu uğuru sayəsində Ramil Quliyevin adı “ayın atleti” nominasiyası üzrə səsverməyə çıxarılan namizədlərin siyahısına salınıb.

Səsvermə “Twitter” və “Facebook” sosial şəbəkələri vasitəsilə aparılır. Avqust ayının ən yaxşı atleti kişilər və qadınlar kateqoriyalarının hər biri üzrə 5 idmançı arasından seçiləcək. Namizədlər siyahısında kişi idmançılardan Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Jarnel Hyus (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Naerts (Belçika), qadınlardan isə Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Hussonq (Almanya), Laura Muir (Böyük Britaniya), Katerini Stefanidi (Yunanıstan) və Anita Vlodarçik (Polşa) yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: