Naxçıvan Futbol Federasiyası Rizəsporun futbol akademiyası ilə əməkdaşlıq əlaqəsi qurub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev bu məqsədlə Türkiyənin Rizə şəhərinə işgüzar səfər edib. O, Çaykur Rizəspor Klubunun Gənclik İnkişaf etdirmə və Futbol Təhsil Mərkəzində yaradılan şərait və mövcud imkanlarla tanış olub, klub nümayəndələri ilə görüşlər keçirib. Akademiyanın direktoru Fədayi Aksoy və “U14” komandasının koordinatoru Əmrə Hamzaoğlu ilə görüşən federasiya rəsmisi klubun inkişaf planı, məşqçi hazırlığı və futbol təhsili ilə bağlı məlumatlar toplayıb, öz növbəsində muxtar respublikada futbolu, yaradılan əlverişli maddi-texniki baza və federasiyanın fəaliyyət istiqamətləri barədə danışıb. Tərəflər arasındakı məlumatlandırma və müzakirələrdən sonra naxçıvanlı məşqçilərin akademiyada təcrübə keçməsi və 14 yaşadək futbolçuların iştirak etdiyi “U14”, “U13”, “U12”, “U11” və “U10” liqalarına komandalarımızın qoşulması barədə razılıq əldə olunub. 

Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası xarici əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə bundan öncə Türkiyənin Mərsin şəhərindəki “İnter” (İtaliya) futbol klubunun akademiyası ilə əlaqə qurmuşdu.   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: