"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib

A- A A+
Ağdamın "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib. NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi 5 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib. Siyahıda qapıçılardan Hannes Tur Halldorsson, Şahruddin Məhəmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov, müdafiəçilərdən Qara Qarayev, Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov, Yakub Jezniçak, Bədavi Hüseynov, yarımmüdafiəçilərdən Simeon Slavçev, Miçel, Araz Abdullayev, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Zaur Fərzəliyev, Con Delarj, Donald Gerrye, Coşqun Diniyev, hücumçulardan isə İnnosent Emeqara və Mahir Mədətov yer alıblar. Qeyd edək ki, "Qarabağ" ilk oyununu sentyabrın 20-də Portuqaliyada "Sportinq" komandasına qarşı keçirəcək. “E” qrupunda İngiltərənin "Arsenal" və Ukraynanın "Vorskla" klubları da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: