Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb

300

Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarış yanvarın 16-da başa çatacaq.

Yarışın təşkilində əsas məqsəd Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın bu növünün təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya cəlb etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: