Antalyada təlim-məşq toplanışında olan "Neftçi" komandası ilk yoxlama oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı təmsilçisinin rəqibi Macarıstanın "Kişvarda" klubu olub.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda "Neftçi"nin heyətində 42-ci dəqiqədə Emin Mahmudov, 71-ci dəqiqədə isə Ramin Nəsirli fərqləniblər.
Qeyd edək ki, "Neftçi" növbəti görüşünü yanvarın 19-da Polşanın “Visla” (Plotsk) komandasına qarşı keçirəcək.