Azərbaycan qılıncoynadanı Türkiyədə bürünc medal qazanıb

294

Yeniyetmə sablyaçılarımız Türkiyənin Ədirnə şəhərində keçirilən açıq turnirdə qüvvələrini sınayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, Abbas Hüseynov 14 yaşadək oğlan sablyaçılar arasında turnirin bürünc medalına sahib olub.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran A.Hüseynov ən güclü 8-liyə kimi irəliləməyi bacarıb. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ayaz Yiğitə 8:15 hesabı ilə uduzub.

On iki yaşadək qız sablyaçıların yarışında qüvvəsini sınayan Fatimə Kərimova isə qrup mərhələsini uğurla adlayaraq (2 qələbə) pley-offa yüksəlib. Burada ilk görüşünü qalib başa vuraraq ən güclü 32-liyə yüksələn F.Kərimova növbəti mərhələ uğrunda görüşdə yerli idmançı Hazal Sakaryaya uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: