“Real Madrid” tarixində 12-ci dəfə İspaniya Super kubokunun qalibi olub

A- A A+

Yanvarın 16-da futbol üzrə İspaniya Super kubokunun final görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin son qalibi “Atletik Bilbao” klubu “Real Madrid” komandası ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Fahd” stadionunda baş tutan gərgin görüşdə Madrid təmsilçisi üstün olub – 2:0.

Oyunda hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. Fasilədən sonra “kral” klubu hesab arasındakı fərqi iki topa çatdıraraq oyunda qalib gəlib. Kərim Benzema hakimin təyin etdiyi penaltini dəqiq yerə yetirib.

Matçın 87-ci dəqiqəsində Eder Militao birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 89-cu dəqiqəsində “Atletik Bilbao” 11 metrlik cərimə zərbəsi vurmaq şansı qazanıb. Topa yaxınlaşan Raul Qarsiya fürsəti əldən verib.

Beləliklə, “Real Madrid” qələbə qazanaraq tarixində 12-ci dəfə İspaniya Super kubokunun qalibi olub. Madridlilər sonuncu dəfə 2017-ci ildə kuboku başı üzərində qaldıra biliblər.

Qeyd edək ki, “Atletik Bilbao” yarımfinalda “Atletiko Madrid”i (2:1), “Real Madrid” isə “Barselona”dan (3:2) üstün olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: