İran İslam Respublikasının Urmiya şəhərində keçirilən beynəlxalq boks turnirində Naxçıvan Boks Federasiyasının idmançıları da iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ümumilikdə 7 komandanın qatıldığı turnirdə Naxçıvan yığması 14 idmançı ilə təmsil olunub.
İdmançılarımızdan Elbrus Kərimli (50 kq), Möhsün Həsənzadə (52 kq), Nazim Abazərli (54 kq), Nizami Novruzov (57 kq), Murad Rəhimov (63 kq), Olaboye Davidlekon (75 kq) və Məhəmmədəli Bağırov (91 kq) öz çəki dərəcələrində birinci olublar.
“Naxçıvan” komandası bu göstəricilərə əsasən yarışın yekun sıralamasında ikinci yerdə qərarlaşıb.