Naxçıvanda boks üzrə birincilik keçirilib - FOTOLAR
NUHÇIXAN-ın verdiyi xəbərə görə 5 sentyabr 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Kəngərli, Babək və Şərur rayonlarının idmançıları da iştirak ediblər.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə oğlan və qızlar arasında 25 çəki dərəcəsində 70-ə yaxın dəri əlcək sahibi öz qüvvələrini sınayıb.
Yarışda daha çox Naxçıvan şəhərindən olan idmançılar qalıb gəlib. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılıblar.