“Naxçıvan Premium Turnir”ində 7-ci tur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Premium Turnir”ində 7-ci turun qarşılaşmaları keçirilib.

Bu mərhələdə Sadiq Qarayev-beynəlxalq usta Talıb Babayev, beynəlxalq usta Pərviz Qasımov-beynəlxalq qrosmeyster Urfan Sevdimalıyev, Rza Həsənli-Hüseyn Seyid, Sadiq Məmmədov-Nazlı Hümbətova, fide ustası Nəsrin Babayeva-Ayxan Əliyev və İlkin Qəbulov-beynəlxalq usta Toğrul Həsənzadə cütlükləri münasibətlərə aydınlıq gətirib.

Mübarizəli turun sonunda beynəlxalq ustalar Talıb Babayev, Pərviz Qasımov və Toğrul Həsənzadə,  o cümlədən Hüseyn Seyid, Sadiq Məmmədov və fide ustası Nəsrin Babayeva rəqibləri üzərində qələbə qazanıblar.

Qeyd edək ki, bu il ikinci mövsümlə yeni mübarizəyə səhnə alan "Naxçıvan Premium Turnir"i 14-25 yanvar tarixlərini əhatə edir.

Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: