Atıcılıq Federasiyasının iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Federasiyanın sədri Səhət Həbibbəyli muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması istiqamətində 2021-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib.

Vurğulanıb ki, 2021-ci ildə atıcılığın stend, TİR, oxçuluq növləri, peyntbol, həmçinin çöxnövçülük  üzrə ümumilikdə 15 idman yarışı keçirilib, qalib idmançılar və komandalar mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı atıcılıq idman növünün inkişaf etdirilməsi üçün görülən işlərin, yaradılan şəraitin və keçirilən idman yarışlarının idmanın bu elit növünə olan marağı artırdığını qeyd edib.

Federasiyanın Şərur şəhərində fəaliyyət göstərən “Ümid” Atıcılıq Klubunun sədri Nicat Mahmudov  2021-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev isə 2022-ci il üçün müəyyən olunmuş tədbirlər planı və təqvim planı barədə məlumat verib. 

Sonra Naxçıvan şəhərindəki “Hədəf” və “Qələbə”, Şərur şəhərindəki “Ümid”, Culfa şəhərindəki “Uğur” və Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki Zəfər” Atıcılıq İdman klublarının fəaliyyətinin genişləndirilməsi, rayon gənclər və idman idarələri ilə qarşılıqlı fəaliyyətin təmin olunması, rayondaxili yarışların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İclasa yekun vuran Səhət Həbibbəyli bildirib ki, Atıcılıq Federasiyası muxtar respublikamızda idmana göstərilən qayğıdan bəhrələnərək öz fəaliyyətini daha da gücləndirəcək, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, yeniyetmə və gənclərin idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səylərini artıracaqdır.

                                                                   Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: