"Qalatasaray" "Benfika"nın futbolçusunu icarəyə götürüb

A- A A+

Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi "A Bola" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.

"Cim-Bom" 23 yaşlı oyunçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında "Qalatasaray"da keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: