"Paris Open": İrina Zaretska gümüş medal qazanıb

A- A A+

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində final görüşünə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İrina Zaretska İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: