"Qalatasaray" portuqaliyalı sabiq futbolçusunu geri qaytarıb

A- A A+

Türkiyənin "Qalatasaray" klubu Portuqaliya "Benfika"sında çıxış edən sabiq futbolçusu Jedson Fernandeşi yenidən heyətinə qatır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano tviterdə bildirib.

O, hazırda 23 yaşlı yarımmüdafiəçinin müqavilə sənədlərinin hazırlandığını yazıb. İstanbul təmsilçisi portuqaliyalı oyunçunu 2023-cü ilin yayınadək icarəyə götürəcək. Fernandeşin 18 aylıq maaşını da "sarı-qırmızılar" ödəyəcək.

Qeyd edək ki, Jedson Fernandeş 2021-ci ildə icarə əsasında "Qalatasaray"ın formasını geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: