Tbilisi basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

A- A A+

Tbilisi Avropanın üç şəhəri ilə birlikdə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında deyib.

Baş nazir bildirib ki, 2022-ci il sentyabrın 1-dən 18-dək basketbol üzrə Avropa çempionatı keçiriləcək. Tbilisi Avropanın üç şəhəri - Köln, Praqa və Milan ilə birlikdə bu yarışa ev sahibliyi edəcək. Avropa çempionatının A qrupunun oyunları Tbilisidə keçiriləcək. Bu qrupda Gürcüstan yığması ilə yanaşı, İspaniya, Rusiya, Türkiyə, Belçika və Bolqarıstan komandaları da çıxış edəcəklər.

İ.Qaribaşvili deyib: “Çempionata hazırlıq işləri fəal şəkildə aparılır. İşlər Gürcüstan hökumətinin dəstəyi ilə bu ilin yayında başa çatdırılacaq. Avropa çempionatının keçirilməsi üçün paytaxtda Avropa standartlarına uyğun yeni idman sarayı tikilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: