Naxçıvan Kikboksinq Federasiyasının idmançıları ötən il 30 medal qazanıblar - FOTOLAR

A- A A+

Naxçıvan Kikboksinq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Federasiyanın sədri Xəyal Abdullayev bildirib ki, ötən il federasiyanın idmançıları təkcə kikboksinqdə deyil, digər döyüş idmanı növləri – universal döyüş, pankration, qrepplinq, MMA, uşu, hətta boks və güləş üzrə açıq birinciliklərdə iştirakına zəmin yaradıldığı və bununla da effektiv nəticələrin əldə olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ötən il idmançıların ölkə və dünya səviyyəli yarışlarda iştirakı təmin edilib, federasiya idmançıları respublika miqyaslı birinciliklərində 21, dünya çempionatlarında 9 medal olmaqla, ümumilikdə 30 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı 2021-ci il ərzində nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbirin keçirildiyini qeyd edib. Bildirilib ki, ötən il ölkə və dünya səviyyəli yarışlarda qazanılan 27 qızıl, 32 gümüş və 23 bürünc medal əyarına görə Naxçıvan idmanı tarixində ən yüksək göstəricidir.

Federasiya nümayəndəsi Ramal Yaqubov ötən il ərzində keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumatı diqqətə çatdırıb. Sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Tədbirin sonunda 2021-ci ildə ölkə səviyyəli yarışlarda uğur qazanan idmançılar mükafatlandırılıblar.

                                                         Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: