Avropanın ən yaxşı klubları açıqlanıb

A- A A+

2021-ci ildə Avropanın ən yaxşı klubları müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına əsasən, İngiltərənin "Mançester Siti" klubu 300 reytinq xalı ilə birinci olub. Ölkənin digər təmsilçisi "Çelsi" (289) ikinci yeri tuta bilib.

IFFHS üçüncü sıraya 282 reytinq xalına malik olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu layiq görüb.

Növbəti pillələri "Bavariya" (Almaniya), "Real Madrid" (İspaniya), "Ayaks" (Niderland), PSJ (Fransa), "Yuventus" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Benfika" (Portuqaliya) qapayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: