Hava və Ekstremal İdman Növləri Federasiyasının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hava və Ekstremal İdman Növləri Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Federasiyanın sədri Mais Əliyev bildirib ki, 2021-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Fevral ayında Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq Qardaş Türkiyə Cümhuriyyətinin Zirvə Dağçılıq Komandasının 23 nəfər idmançısının naxçıvanlı dağçılarla birlikdə Haçadağa dırmanışı təşkil olunub. Babək rayonunun Dizə kəndi ərazisindən Əshabi-Kəhf  ziyarətgahına və Şahbuz Dövlət Təbiət Qoruğundan Fərhad Evinədək olan məsafələrdə ekstremal idman yürüşləri keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Quba rayonundakı “Heydər Zirvəsi”nə yürüş keçirilib. Yürüşdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançısı Vahid Nəcəfov da iştirak edib, xüsusi diploma layiq görülüb. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının maddi texniki bazasının zənginləşdirilməsi məqsədilə idman dırmanması divarında təmir işləri aparılıb, idmançı və tamaşaçılar üçün örtülü oturacaq yerləri yaradılıb. O cümlədən idman dırmanmasının çətinlik növü üzrə maşrutun yaradılması məqsədilə Bakı şəhərindən müstəqil dağçı-təlimçi cəlb edilərək dırmanma daşları quraşdırılıb. Mütəxəssis tərəfindən federasiyasının məşqçi və idmançılarına çətinlik proqramı üzrə təlim-treninq keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı qeyd edib ki, Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə ümumilikdə 21 qrup üzrə 84 yeniyetmə və gənc idmanla məşğul olur. Bundan sonra da nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, bu sahənin inkişafı yolunda yeni uğurlar əldə olunacaq.

Federasiyanın sədr müavini Azər Məmmədov ötən il ərzində keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumatı diqqətə çatdırıb. Sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: