Buraxılış və qəbul imtahanlarına yeni orfoqrafiya qaydaları ilə bağlı suallar salınmayacaq

A- A A+

2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarına yeni orfoqrafiya qaydaları ilə bağlı suallar salınmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin 2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə əlaqədar təşkil etdiyi canlı yayımda mərkəzin şöbə müdiri Afiqə Batıyeva deyib.

O bildirib ki, yeni orfoqrafiya qaydaları hələ dərsliklərə daxil edilməyib. Dərsliklərdə olmayan mövzular isə imtahan suallarına salınmır.

Qeyd edək ki, 2021-ci ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər. Lüğətə 5000-dən çox söz daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: