Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıblar - FOTOLAR

A- A A+

Naxçıvan karateçiləri Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpaçay Open” beynəlxalq turnirində 17 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Kumite” növündə 16-17 yaş qrupunda mübarizə aparan Rəşid Süleymanov -68 kiloqram çəki dərəcəsində qalib, -70 kiloqram çəki dərəcəsində isə ikinci olub. Aslan İsmayılov (18-20 yaş, 84+ kiloqram), Rəşad Qasımov (18-20 yaş, -67 kiloqram), Fatimə Bədəlova (16-17 yaş, +59 kiloqram) və Fatimə Bağırzadə (6-7 yaş, -25 kiloqram və +25 kiloqram) öz yaş və çəki kateqoriyaları üzrə gümüş medala layiq görülüblər. Vüsal Seyidov (18-20 yaş, -61 kiloqram), İmran Həsənov (18-20 yaş, -60 kiloqram), Aminə Novruzzadə (12-13 yaş, +47 kiloqram), Kənan Qənbərov (8-9 yaş, +40 kiloqram), Əli Əzizov (6-7 yaş, +25 kiloqram) və Həmidə Əzizova (6-7 yaş, -25 kiloqram) bürünc medala sahib çıxıblar.

“Kata” növündə isə Məhəmməd Bağırov (14-15 yaş), Canər Abbaszadə (12-13 yaş) və Elgün Zeynalov (12-13 yaş) yarışı üçüncü sırada tamamlayıblar.

Bu nəticələrlə Naxçıvan karateçiləri yarışda 2 qızıl, 6 gümüş və 9 bürünc medal qazanıblar.

Qeyd edək ki, ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynadan, ümumilikdə, 570 idmançı 31 klubu təmsil edib. Yarışda Naxçıvan Karate-do Federasiyasının idmançıları geniş tərkibli heyətlə mübarizə aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: