Rusiya millisi Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb

A- A A+

Yanvarın 25-də Niderlandda futzal üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, C qrupu çərçivəsində iki oyun təşkil olunub.

Günün ilk matçında Polşa və Slovakiya milli komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

Digər oyunda isə Xorvatiya millisi Rusiya seçməsi ilə qarşılaşıb. Matçda rusiyalı futzalçılar 4:0 hesablı qələbə qazanıblar.

İlk turda Avropa çempionu Rusiya millisi Slovakiyanı 7:1, Xorvatiya yığması isə Polşanı 3:1 hesabı ilə məğlub edib.

Hər iki matç Amsterdam şəhərindəki "Ziggo Dome" Arenada keçirilib.

Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Seçməmiz növbəti görüşünü yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: