Məktəblilər stolüstü tennis üzrə muxtar respublika birinciliyində güclərini sınayıblar

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyini daha da artırmaq, məktəblərdə bu idman növünün inkişafını təmin etmək, şagirdlər arasında arasında idman və dostluq əlaqələri yaratmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olub.

Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyi tərəfindən birgə təşkil olunan yarışda ilk mərhələni uğurla tamamlayan 7 komanda (2 qız, 2 oğlan məktəbli) iştirak edib. Qalib olimpiya sisteminə əsasən müəyyənləşib. Belə ki, “Şərur” birinciliyin qalibi olub. “Sədərək” və “Kəngərli” komandaları müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar. 

İlk üçlükdəki komandalar diplomla təltif olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: