Cəbəllütariqdə keçirilən turnirin növbəti turunda Günay Məmmədzadə heç-heçəyə imza atıb

A- A A+

Cəbəllütariqdə kişilər və qadınlar arasında keçirilən “Gıbchess Battle of the sexes 2022” komanda turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müxtəlif ölkələrin təmsilçilərin qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edir. Şahmatçımız dördüncü turda öz lövhəsində İngiltərə təmsilçisi Ravi Haria ilə heç-heçə edib.

Ümumi hesabda isə qadınlardan ibarət komanda kişilərin yığmasına 4,5:5,5 hesabı ilə məğlub olub. Dörd turun nəticəsinə görə, qadınlardan ibarət komanda 20,5:19,5 hesabı ilə irəlidədir.

On turdan ibarət turnir fevralın 3-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: