Cüdoçumuz Balabəy Ağayev Qran-Pri turnirinin gümüş medalını qazanıb

A- A A+

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: