Futzal üzrə Azərbaycan millisinin iki üzvü Bosniya və Herseqovina ilə oyunda iştirak etməyəcək

A- A A+

Yanvarın 29-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinin D qrupu çərçivəsində sonuncu oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı vaxtı ilə saat 18:30-da start götürəcək görüş Niderlandın paytaxtı Amsterdam şəhərindəki “Ziggo Dome” arenada baş tutacaq. Qarşılaşma İctimai Televiziya (İTV) vasitəsilə canlı yayımlanacaq.

Emin Kürdov və Xətai Bağırovun verdikləri koronavirus testlərinin nəticəsi yenidən pozitiv çıxdığı üçün onlar bugünkü matçda da iştirak etməyəcəklər və yeddi gün ərzində karantində qalacaqlar.

Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə isə düzgün aparılmayıb. Nəticədə onlardan yenidən PCR test götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: