Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirində ikinci yeri tutub

A- A A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Ze şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu görüşünə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 37 yaşlı qrosmeyster XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: