“Lion”un yarımmüdafiəçisi Brunu Gimarayns “Nyukasl”a keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə fransız klubun saytında məlumat yayılıb.
Razılaşmanın məbləği bonuslar da daxil olmaqla 50,1 milyon avroya çata bilər. Həmçinin “Lion” 24 yaşlı braziliyalının növbəti transfer məbləğinin 20 %-ni ala bilər.
Qeyd edək ki, B.Gimarayns cari mövsümdə “Lion”un heyətində 25 oyun keçirib. Onun aktivində 6 məhsuldar ötürmə var.