Kişi həndbolçulardan ibarət İsveç milli komandası XV Avropa çempionatının qalibi olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, isveçlilər Budapeştdə keçirilən qitə çempionatının finalında İspaniya yığmasına 27:26 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Bu qələbə ilə İsveç millisi kişilər arasında həndbol üzrə Avropa çempionatında beşinci dəfə qalib gəlməklə özlərinə məxsus əvvəlki rekordu yeniləyiblər. Fransa millisi üç, İspaniya, Almaniya və Danimarka yığmaları iki, Rusiya seçməsi isə bir dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.