Frenk Lempard "Everton"un baş məşqçisi təyin olunub

A- A A+

İngiltərənin "Everton" komandasının yeni baş məşqçisi bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Frenk Lempard təyin edilib. 44 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İngiltərəli baş məşqçi Mersisayd təmsilçisinin sükanı arxasında yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib.

Qeyd edək ki, Frenk Lempardın sonuncu iş yeri "Çelsi" klubu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: