"Mançester Siti" futbolçusu ilə müqaviləni uzadıb

A- A A+

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Juan Kanselu ilə yeni müqavilə imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçinin sözləşmə müddəti 2027-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 2019-cu ildən İtaliya "Yuventus"undan transfer edilmiş 28 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 30 matça çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: