Naxçıvan güləşçiləri İranda keçirilən turnirlərdə uğurla çıxış ediblər - FOTOLAR

A- A A+

Naxçıvan Güləş Federasiyasından qonşu ölkəyə 22 idmançı, 3 məşqçi-müəllim və 3 hakimdən ibarət heyət yola düşüb. İdmançılarımız əvvəlcə Xoy şəhərində yanvarın 29-31-də sərbəst güləş üzrə beynəlxalq turnirdə qüvvələrini sınayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ümumilikdə, 12 komandanın qatıldığı yarışda Naxçıvan yığmasından Fuad İsgəndərli (26 kiloqram), Ələkbər Əsgərov (29 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Namiq Əlizadə (48 kiloqram), Ayxan Bağırov (51 kiloqram), Daşqın Rəsulov (71 kiloqram), Murad Hətəmli (75 kiloqram), Murad Abdullazadə (80 kiloqram) və Süleyman Məmmədov (92 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinci olublar.

“Naxçıvan” komandası bu göstəricilərinə görə yarışın yekun sıralamasında 3-cü yerdə qərarlaşıb.

Həmin yarışın ardınca Poldəşt şəhərinə yollanan yığmamız 4 komandanın iştirakı ilə keçirilən sərbəst güləş üzrə yoldaşlıq turnirində iştirak edib. İdmançılarımızdan Fuad İsgəndərli (26 kiloqram), Ələkbər Əsgərov (29 kiloqram), Turqay Məmmədli (35 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Nazim Qurbanov (44 kiloqram), Turqay Həsənov (46 kiloqram), Namiq Əlizadə (48 kiloqram), Ayxan Bağırov (51 kiloqram), Yəhya Paşayev (55 kiloqram), Onur Əlizadə (60 kiloqram), Nuruağa Əhmədov (82 kiloqram) öz çəki dərəcələri üzrə qalib olublar. İlkar Əlican (57 kiloqram), Dəniz Məmmədli (41 kiloqram) və Daşqın Rəsulov (71 kiloqram) yarışı ikinci sırada tamamlayıblar. Bu nəticələrlə komandamız ümumi sıralamada birinci olub.

Turnirlərdə nəticə göstərən idmançılarımıza diplom, komandamıza isə kubok təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: