Bu gün klublararası dünya çempionatına start verilir

A- A A+

Fevralın 3-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) klublararası dünya çempionatına start verilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 7 komanda mübarizə aparır. Bunlar Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin “Əl-Cəzirə”, İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandalarıdır.

Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası ilə əlaqədar “Oklend Siti” komandası ölkəni tərk edə bilməyəcəyi üçün bu komandanı Taiti təmsilçisi “Pirae” əvəzləyib.

“Pirae” ilk matçını BƏƏ-nin “Əl Cəzirə” klubuna qarşı keçirəcək. Görüşün qalibi dörddəbir finalda Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ilə üz-üzə gələcək. Bu matçın qalibi isə yarımfinalda İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Daha bir dörddəbir final matçı Misir təmsilçisi “Əl Əhli” ilə Meksika “Monterrey”i arasında gerçəkləşəcək. Bu görüşün qalibi yarımfinalda Braziliyanın “Palmeyras” klubuna rəqib olacaq.

Qeyd edək ki, turnirin son qalibi Almaniyanın “Bavariya” klubu olub. Münxen təmsilçisi finalda Meksikanın “Tiqres” komandasını 1:0 hesabı ilə enmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: