Formula 1: “Haas” komandası 2022-ci il üçün bolidinin ilk şəkillərini yayımlayıb - FOTOLAR

A- A A+

Formula 1 üzrə dünya çempionatında mübarizə aparan “Haas” komandası 2022-ci il üçün bolidinin ilk şəkillərini yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “VF-22” adlandırılan bolid keçən ilki versiyanın təkamülüdür, dizaynda ağ rəng və Rusiya bayrağı üstünlük təşkil edir.

“Haas” komandasının rəhbəri Günter Ştayner yeni “VF-22”nin tezliklə trasa çıxa biləcəyini vurğulayıb. O, qeyd edib ki, yenidən rəqabətədavamlı olacaqlarına ümid edir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: