Gənclər və İdman naziri Fərid Qayıbov və Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Naxçıvanda səfərdədirlər - VİDEO
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, nazirliyin əməkdaşları və Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində heyət Heydər Əliyev Muzeyi ilə tanış olub.
Qonaqlar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, ehtiramlarını bildiriblər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov