Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb

A- A A+

Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bu il bir dünya və altı Avropa çempionatı keçiriləcək.

Dünya çempionatı yalnız qadınlar arasında baş tutacaqsa, qitə miqyaslı 6 müxtəlif turnir kişilər, qadınlar, U-22, gənclər, yeniyetmələr və məktəblilər arasında təşkil ediləcək. Belə ki, martın 11-24-də Xorvatiyanın Poreç şəhərində gənclər arasında U-22 Avropa çempionatı keçiriləcək. Bir ay sonra gənclərin Avropa çempionatı (10-22 aprel) Bolqarıstanın Sofiya şəhərində baş tutacaq. Qadınlar arasında dünya çempionatına mayın 6-21-də İstanbul ev sahibliyi edəcək. Həmin ay kişilər arasında qitə çempionatı (21-31 may) Ermənistanda baş tutacaq. Qadınlar arasında analoji yarış isə iyulun 21-31-də Ulan-Udedə (Rusiya) keçiriləcək.

Türkiyədə (Ərzurum) daha bir qitə yarışı - məktəbli oğlan və qızlar arasında təşkil ediləcək (10-31 avqust). Nəhayət, ilin son yarışı yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: