“Della Madonnina”: 179-cu derbi

A- A A+

Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşmasında iki əzəli rəqib - “İnter” və “Milan” komandaları qarşılaşacaqlar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmişə gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 179-cu dəfə baş tutacaq. Bu matçların 69-da “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 56 görüş heç-heçə nəticələnib.

“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusu İtaliya A Seriyasının 10-cu turuna təsadüf etmişdi. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1.

“Cuzzepe Meaza” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İyirmi üç turdan sonra “İnter” 53 xalla liderliyini davam etdirir. “Milan” isə 49 xalla dördüncü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: