Kişilər arasında Azərbaycan Çempionatına start verilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına start verilib.

Azərbaycan Respublikası Gənclər və İdman  naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə çempionat start götürüb. Naxçıvan Muxtar Respublikasının ikinci dəfə  ev sahibliyi etdiyi çempionatda, 5-i Naxçıvandan olmaqla 24 ən güclü kişi şahmatçı birincilik uğrunda mübarizə aparır.

Ötən gün açılış mərasimi keçirilən çempionata fevralın 18-də yekun vurulacaq. Çempionatda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçirilən kişilər arasında Avropa çempionatına vəsiqəni əldə edəcək.

Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: