Barselona 2030-cu ildə XXVI Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusundadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İspaniya KİV-ləri məlumat yayıb. Məlumatda qeyd edilir ki, Oyunların paytaxtı Beynəlxalq Olimpiya Komitəsinin bu il Pekində keçiriləcək 139-cu sessiyasında və ya 2023-cü ildə Hindistanın Mumbay şəhərində təşkil olunacaq növbəti sessiyasında elan ediləcək.
Barselona daha əvvəl - 1992-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.
Qeyd edək ki, Barselona ilə yanaşı, Olimpiadaya ev sahibliyi etmək istəyən şəhərlər arasında Vankuver (Kanada), Sapporo (Yaponiya) və Solt-Leyk Siti (ABŞ) də var. Sapporo 1972-ci, Solt-Leyk Siti 2002-ci, Vankuver isə 2010-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.