Böyük Dəbilqə: Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır

A- A A+

Bu gün Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə xalça üzərinə çıxacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, idmançıların hər üçü mübarizəyə 1/8 finaldan başlayacaq.

90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə xalça üzərinə çıxacaq. Onun rəqibi Marvin Qado (Monako) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: