Uşangi Kokauri cüdo üzrə “Böyük dəbilqə” turnirində ikinci yeri tutub

A- A A+

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) gümüş medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Monqolustan təmsilçisi Tsetsencel Odxuu ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu medal Azərbaycan komandasının turnirdə ikinci mükafatıdır. Belə ki, bundan əvvəl komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) də yarışda ikinci yeri tutub.

Xatırladaq ki, Azərbaycan bu gün başa çatan yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: